BAKI, TurkicWorld, Abdulvahhab Ələskərov
Suriya və İsrailin rəsmi nümayəndələri bazar ertəsi günü Parisdə yeni təhlükəsizlik müqaviləsi üzrə danışıqları davam etdirmək üçün görüşəcəklər.
TurkicWorld-un məlumatına görə, bu barədə "Axios" portalı məlumatlı mənbələrə istinadən bildirib.
Məlumata əsasən, danışıqlar iki gün davam edəcək və Suriya xarici işlər naziri Əsəd əl-Şibani və yeni İsrail danışıqçılar qrupunun iştirakı ilə keçiriləcək.
Qeyd edilib ki, görüşdən əvvəl İsrailin Baş naziri Binyamin Netanyahu, İsrailin Vaşinqtondakı səfiri Yehiel Leyterin rəhbərlik etdiyi yeni danışıqlar qrupu təyin etdi.
Netanyahunun hərbi müşaviri general Roman Hoffman və milli təhlükəsizlik müşaviri vəzifəsini icra edən Qil Rahın da danışıqlarda iştirakı gözlənilir.







