Son dəqiqə

Fransa Ukrayna Kanada Emmanuel Makron Paris Mark Karni

Kanada Baş naziri Ukrayna ilə bağlı danışıqlar üçün Parisə gedəcək

BAKI, TurkicWorld, Abdulvahhab Ələskərov

Kanadanın Baş naziri Mark Karni yanvarın 5-dən 6-dək Parisdə keçiriləcək "könüllülər koalisiyası"nın iclasında iştirak etmək üçün Fransaya səfər edəcək.

TurkicWorld-un məlumatına görə, bu barədə Kanada Baş nazirinin mətbuat xidməti bildirib.

Məlumata əsasən, görüş iştirakçıları Ukraynadakı sülh prosesini, eləcə də Kiyev üçün təhlükəsizlik zəmanətlərini müzakirə etməyi planlaşdırırlar.

Qeyd edək ki, dekabrın 29-da Fransa prezidenti Emmanuel Makron yanvarın əvvəlində Parisdə "könüllülər koalisiyası"nın iclasının keçiriləcəyini açıqlayıb.

Mövzuya görə xəbərlər