Tayland Kamboca sərhəd böhranı

Kamboca-Tayland sərhədində davam edən toqquşmalarda həlak olanları sayı 100-ə çatır

BAKI, TurkicWorld, Nailə Babazadə

Kamboca ilə Tayland arasında davam edən sərhəd toqquşmalarında 7 dekabrdan bu yana 96 nəfərin həyatını itirdiyi bildirilib.

TurkicWorld xəbər verir ki, Kamboca Müdafiə Nazirliyi Tayland ordusunun bu səhər Banteay Meanchey əyalətindəki bir kəndə topçu hücumu həyata keçirdiyini və hücum nəticəsində bir Kambocalı mülki vətəndaşın öldüyünü açıqlayıb.

Kamboca Daxili İşlər Nazirliyi isə 7 dekabrdan bəri davam edən toqquşmalarda ölənlərin sayının 31-ə, yerindən olanların sayının isə 610 minə çatdığını bildirib.

Tayland Ordusunun açıqlamalarına istinad edən Nation Thailand qəzeti Kambocanın Sa Kaeo əyalətindəki bəzi kəndlərə təxminən 40 BM-21 raketi atdığını, sivil infrastruktura və 3 evə ziyan vurduğunu yazıb. Taylandlı rəsmilər isə toqquşmalarda 42 sivil və 23 hərbçinin öldüyünü, təxminən 400 min nəfərin isə yerindən edildiyini açıqlayıblar.

Qeyd edək ki, Tayland və Kamboca dünən 817 kilometr uzunluğundakı sərhədin cənub hissəsində bir sərhəd keçidində hərbi görüşlərə başlayıb. Hərbi heyətlərin görüşünün üç gün davam edəcəyi və razılaşma üçün zəmin yarada biləcəyi bildirilib.

Tayland və Kamboca arasında sərhəd münaqişəsi 19-cu əsrdə Kambocadakı Fransız işğalı zamanı müəyyən edilən sərhədlərə əsaslanır. İlk böyük toqquşmalar 2008-ci ildə Kambocanın 11-ci əsrə aid bir məbədin UNESCO Dünya İrs Siyahısına daxil edilməsinə çalışması zamanı baş vermişdi.

2019-cu ilin may ayında sərhəd anlaşmasının pozulması ilə qısa müddətli toqquşmalar yaşanmış, tərəflər problemin sülh yolu ilə həllinə razılıq vermişdi. Lakin 24 iyulda yenidən baş verən toqquşmalarda 32 nəfər həyatını itirmişdi.

Əlavə olaraq, ABŞ Prezidenti Donald Tramp oktyabr ayında keçirilən tədbirdə tərəfləri barış anlaşması imzalamağa çağırmış, dekabrın 12-də isə Trampın vasitəçiliyi ilə tərəflər ateşkesi qəbul etmişdi. Tayland Baş Naziri Anutin Charnvirakul Trampın açıqlamasından sonra bildirib ki, “Topraqlarımıza və xalqımıza zərər və təhdid hiss olunmadığı müddətcə Tayland hərbi əməliyyatlarını davam etdirəcək”.

Mövzuya görə xəbərlər