Son dəqiqə

BMT-nin Fələstin üzrə xüsusi məruzəçisi Nobel Sülh Mükafatına namizəd göstərilib Françeska Albanese və Qəzza həkimləri Nobel Sülh Mükafatı üçün irəli sürülüb Avropa Parlamentindən Nobel Sülh Mükafatı təşəbbüsü Спецдокладчик ООН по Палестине выдвинута на Нобелевскую премию мира Франческа Альбанезе и врачи Газы номинированы на премию мира В Европарламенте поддержали номинацию Альбанезе UN Special Rapporteur on Palestine nominated for Nobel Peace Prize Francesca Albanese and Gaza doctors put forward for 2026 Nobel Peace Prize European lawmakers back Nobel Peace Prize nomination

BMT-nin Fələstin üzrə xüsusi məruzəçisi Nobel Sülh Mükafatına namizəd göstərilib

BAKI, TurkicWorld, Orxan Qədirzadə

BMT-nin Fələstin üzrə xüsusi məruzəçisi Françeska Albanese və Qəzza zolağında fəaliyyət göstərən həkimlər 2026-cı il Nobel Sülh Mükafatına namizəd göstərilib.

TurkicWorld-un məlumatına görə, bu barədə Avropa Parlamentinin Sloveniyadan olan üzvü Matyaj Nemets X sosial şəbəkə hesabında açıqlama verib. O bildirib ki, namizədlik Norveç Nobel Komitəsinə Avropa Parlamentinin Strasburqdakı sessiyası çərçivəsində rəsmi şəkildə təqdim olunub.

Nemetsin sözlərinə görə, Françeska Albanesenin və Qəzzada çalışan həkimlərin namizədliyi 33 ölkədən, o cümlədən Braziliya, Cənubi Afrika, Kanada, Avstraliya, Yeni Zelandiya və Böyük Britaniyadan olan təxminən 300 nüfuzlu şəxs tərəfindən dəstəklənib.

Deputat vurğulayıb ki, bu namizədlik “ən çətin şəraitdə əsas insani dəyərləri müdafiə edən insanların cəsarətinə, səylərinə və qətiyyətinə hörmətin ifadəsidir” və siyasi fikir ayrılıqlarını aşan sülhə töhfə kimi qiymətləndirilməlidir.

Matyaj Nemets Françeska Albanesenin beynəlxalq hüquq və insan hüquqlarının müdafiəsi sahəsində fəaliyyətinə diqqət çəkərək, onun İsrail və ABŞ tərəfindən tətbiq edilən sanksiyalara, eləcə də ciddi siyasi təzyiqlərə baxmayaraq, mandatını yerinə yetirməyə davam etdiyini bildirib.

Onun sözlərinə görə, Albanese beynəlxalq hüquq sisteminin qorunmasının vacibliyini ardıcıl şəkildə müdafiə edir və bu mövqeyi ilə İkinci Dünya müharibəsindən sonra formalaşdırılmış beynəlxalq hüquq nizamının əhəmiyyətini xatırladır.

Açıqlamada Qəzza zolağında çalışan həkimlərin də fəaliyyəti xüsusi qeyd olunub. Nemets bildirib ki, həkimlər - o cümlədən Hüssam Əbu Safiyə və Sara əl-Sakka - silahlı münaqişə şəraitində həyatlarını riskə ataraq tibbi xidmət göstərməyə davam edirlər.

Deputat vurğulayıb ki, Qəzzada səhiyyə infrastrukturu faktiki olaraq dağıdılıb və əsas ehtiyac vasitələrinin ciddi çatışmazlığı mövcuddur. Buna baxmayaraq, həkimlər hər gün insan həyatını xilas edərək humanizm, həmrəylik və sülh dəyərlərinə sadiq qalırlar.