Son dəqiqə

Rusiyada Deutsche Welle arzuolunmaz təşkilat elan edilib Rusiya Deutsche Welleni qadağan olunmuş siyahıya saldı DW Rusiyanın arzuolunmaz təşkilatlar reyestrinə daxil edilib Deutsche Welle включили в список нежелательных организаций в РФ Минюст России внес DW в реестр нежелательных Deutsche Welle признана нежелательной организацией в России Russia adds Deutsche Welle to list of undesirable organizations Deutsche Welle designated undesirable in Russia Russian justice ministry lists DW as undesirable organization

Rusiyada Deutsche Welle arzuolunmaz təşkilatlar siyahısına daxil edilib

BAKI, TurkicWorld, Orxan Qədirzadə

Rusiya Ədliyyə Nazirliyi Almaniyanın “Deutsche Welle” media şirkətini ölkədə “arzuolunmaz təşkilatlar” siyahısına daxil edib.

TurkicWorld-un məlumatına görə, bu barədə Rusiya Ədliyyə Nazirliyinin rəsmi reyestrində dərc olunan məlumatda bildirilib.

Qeyd edək ki, bundan əvvəl Rusiya Dövlət Dumasının xarici müdaxilələrin araşdırılması üzrə komissiyasının sədri Vasili Piskaryov “Deutsche Welle”nin Rusiyaya qarşı “düşmən xarakterli antirusiya təbliğatının ön cəbhəsində yer aldığını” iddia edib.

Xatırladaq ki, 2022-ci ilin fevral ayının əvvəlində “Deutsche Welle”nin Rusiyada yayımı qadağan edilmişdi. Bu qərar Almaniyanın Rusiyanın dövlət telekanallarından birinə qarşı tətbiq etdiyi oxşar tədbirə cavab olaraq qəbul olunmuşdu.

Məlumata görə, Rusiyada bəzi xarici və beynəlxalq təşkilatlar milli təhlükəsizliyə təhdid hesab edildikləri əsas gətirilərək “arzuolunmaz təşkilatlar” reyestrinə salınır. Bu statusa malik qurumların fəaliyyətində iştirak edən şəxslər inzibati məsuliyyətə cəlb olunur və cərimələrlə üzləşir.