BAKI, TurkicWorld, Orxan Qədirzadə
Ukrayna prezidenti Volodimir Zelenski bu qışın soyuğunun ölkəsinə qarşı “ən təhlükəli silahlardan biri” ola biləcəyini bəyan edib.
TurkicWorld -un məlumatına görə, Zelenski bu barədə Niderland parlamentində çıxışı zamanı bildirib. Tədbirin yayımı Ukrayna Prezident Administrasiyasının “YouTube” kanalında aparılıb.
Enerji təhlükəsizliyi mövzusuna toxunan Ukrayna lideri qeyd edib ki, Moskva soyuq hava şəraitindən ukraynalılara qarşı istifadə etməyə çalışır. Onun sözlərinə görə, bu səbəbdən yalnız diplomatik səylərə güvənmək olmaz.
“Buna görə də rahatlaşmaq və yalnız diplomatiyaya bel bağlamaq olmaz. Biz hava hücumundan müdafiə sistemimizi gücləndirməliyik, müdafiə imkanlarımızı dəstəkləməliyik”, – deyə Zelenski vurğulayıb.
Ukrayna prezidenti, həmçinin Niderland hökumətinə Kiyevə təqdim edilən “Patriot” zenit-raket kompleksləri, F-16 qırıcıları və digər hərbi-texniki dəstəyə görə təşəkkür edib.