BAKI, TurkicWorld, Orxan Qədirzadə
Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası İsrailin Qəzzaya humanitar yardımların maneəsiz çatdırılmasına tam icazə verməsini və BMT-nin bölgədəki əməliyyatlarına qoyulan məhdudiyyətləri dayandırmasını tələb edən qətnaməni qəbul edib.
TurkicWorld xəbər verir ki, qətnamədə İsraildən humanitar yardım karvanlarının təhlükəsiz keçidinin təmin edilməsi, beynəlxalq humanitar hüquqa riayət olunması və BMT qurumlarının fəaliyyətinə maneələrin aradan qaldırılması istənilir. Sənəd həmçinin mülki əhalinin müdafiəsinin gücləndirilməsinə çağırış edir.
Rəsmi açıqlamada vurğulanıb ki, humanitar yardımın fasiləsiz çatdırılması Qəzzadakı mülki əhalinin həyati ehtiyaclarının ödənilməsi baxımından kritik əhəmiyyət daşıyır.