Son dəqiqə

Hayat Tiyatrosu projesiyle öğrenciler sahneyle buluşuyor Forum tiyatro temelli yeni eğitim projesi hayata geçirildi Hayat Tiyatrosu öğrencilerin özgüvenini artırmayı hedefliyor Bakü’de Hayat Tiyatrosu eğitim projesi başladı Hayat Tiyatrosu hibe projesinin açılışı yapıldı Həyat Teatrı qrant layihəsinin açılış mərasimi keçirildi Bakıda şagirdlər üçün Həyat Teatrı layihəsinə start verildi Həyat Teatrı layihəsi şagirdlərin yaradıcılıq bacarıqlarını inkişaf etdirəcək Təhsildə yeni təşəbbüs: Həyat Teatrı layihəsi Forum teatr əsaslı Həyat Teatrı layihəsi fəaliyyətə başladı

“Həyat Teatrı” qrant layihəsi çərçivəsində açılış mərasimi keçirilib

BAKI,TurkicWorld

Layihə çərçivəsində 5–8-ci sinif şagirdlərinin yaradıcılıq bacarıqlarının inkişaf etdirilməsi, özünəinamın gücləndirilməsi, səhnə nitqinin formalaşdırılması və komanda ilə işləmə vərdişlərinin təkmilləşdirilməsi məqsədilə praktiki məşğələlərin və interaktiv təlimlərin keçirilməsi nəzərdə tutulur. Proqram çərçivəsində teatr elementləri üzərində iş, ssenari quruculuğu və forum teatr metodlarından istifadə olunacaq.

TurkicWorld xəbər verir ki, layihə Təhsildə İnkişaf və İnnovasiyalar üzrə IX qrant müsabiqəsinin qalib təşəbbüslərindən biridir. Layihə Bakı şəhəri 48 nömrəli tam orta məktəbin müəllimi Şərifzadə Könül tərəfindən hazırlanıb və Azərbaycan İncəsənət Məktəbi ilə tərəfdaşlıq çərçivəsində icra olunur.

Layihənin əsas məqsədi şagirdləri forum teatr fəaliyyətlərinə cəlb etməklə onların sosial-emosional bacarıqlarını inkişaf etdirmək, təhsil mühitində daha fəal və özünəinamlı iştiraklarını dəstəkləməkdir.