BAKI, TurkicWorld, Nailə Babazadə
Səudiyyə Ərəbistanının vəliəhdi və baş naziri Şahzadə Məhəmməd bin Salman çərşənbə axşamı Suriya Prezidenti Əhməd əş-Şəraa ilə telefon danışığı aparıb.
TurkicWorld xəbər verir ki,liderlər ölkələri arasında ikitərəfli münasibətləri və müxtəlif sahələrdə əməkdaşlığın gücləndirilməsi imkanlarını müzakirə ediblər.
Tərəflər, həmçinin, qarşılıqlı maraq doğuran məsələlər, təhlükəsizlik və sabitliyin təşviqi, eləcə də Suriyada iqtisadi bərpanın dəstəklənməsi istiqamətində göstərilən səylərə toxunublar.







