Son dəqiqə

Stokholmda İsrailin Qəzzaya hücumlarına qarşı kütləvi etiraz keçirilib Nümayişçilər İsveç hökumətini İsrailə silah embarqosuna çağırdı İsveçdə Qəzza həmrəyliyi: yüzlərlə insan küçələrə çıxdı Aktivistlər: İsrail atəşkəsi dəfələrlə pozub Stokholm aksiyası: humanitar yardım məhdudiyyətlərinə etiraz

İsveçdə İsrailin Qəzzaya hücumlarına qarşı etiraz aksiyası keçirilib

BAKI, TurkicWorld, Orxan Qədirzadə

İsveçin paytaxtı Stokholmda İsrailin Qəzzaya qarşı davam edən hücumlarına etiraz olaraq kütləvi aksiya keçirilib.

TurkicWorld xəbər verir ki, ictimai təşkilatların çağırışı ilə Odenplan meydanında toplaşan nümayişçilər 10 oktyabrda əldə edilmiş atəşkəsin İsrail tərəfindən pozulmasına, hava zərbələrinin davam etməsinə və humanitar yardımın məhdudlaşdırılmasına etirazlarını bildirib.

Aksiya iştirakçıları “Mülki əhalinin bombalanması özünümüdafiə deyil”, “Soyqırıma son”, “Qida yardımına qoyulan məhdudiyyətlər dayandırılsın”, “Fələstinlə həmrəylik” kimi şüarlar səsləndirərək İsveç hökumətini İsrailə qarşı hərtərəfli silah embarqosu tətbiq etməyə çağırıblar.

Nümayişçilər daha sonra yürüş edərək İsveç parlamentinin binası önünə doğru hərəkət ediblər.

Aksiyada iştirak edən isveçli alim və ictimai fəal Roberto Felicetti Anadolu agentliyinə açıqlamasında bildirib ki, 10 oktyabr tarixindən bəri Qəzzada atəşkəs hökm sürməli idi, lakin İsrail buna əməl etmir və mülki şəxsləri hədəfə alır.

Onun sözlərinə görə, hər gün onlarla fələstinlinin qətlə yetirilməsi atəşkəsin birtərəfli şəkildə İsrail tərəfindən pozulduğunu göstərir.

O qeyd edib ki, İsrailin atəşkəsi pozmasına qarşı mübarizəni davam etdirəcəklər. “İsrail mallarını boykot etməyə və hökumətimizdən sanksiyalar tələb etməyə davam edəcəyik.”- o, deyib.