Səudiyyə Ərəbistanı HƏMAS Trampın Yaxın Şərq siyasəti İsrail ABŞ münasibətləri ABŞ-İsrail təhlükəsizlik əməkdaşlığı ABŞ-İsrail strateji fikir ayrılığı İordan çayının qərb sahili Mayk Hakabi yəhudi qruplar

İordan çayının Qərb sahilində baş verən zorakılıq terrorizmdir - ABŞ səfiri

BAKI,TurkicWorld, Orxan Qədirzadə

ABŞ-ın İsraildəki səfiri Mayk Hakabi Qərbi İordan sahilində fələstinlilərə qarşı zorakılığa yol verən yəhudi qruplarını “terrorçular” adlandırıb.

TurkicWorld xəbər verir ki, Times of Israel portalının məlumatına görə, səfir ABŞ telekanalına müsahibəsində hadisələrdə iştirak edənlərin “əsl məskunlaşanlar deyil, bölgəyə kənardan gələrək zorakılıq törədən azsaylı qruplar” olduğunu bildirib.

“Onların çoxu İudeya və Samariyada yaşamır, sadəcə xaos yaratmaq üçün gəlirlər. Bu, terrorizmdir,” – Hakabi deyib.

Səfir hücumların davam etdiyi bir vaxtda Qəzza istiqamətində gərginliklə bağlı sualı cavablandırarkən bildirib ki, “atəşkəs qüvvədədir və belə insidentlərin baş verəcəyi əvvəlcədən gözlənilirdi”.

Mayk Hakabi ABŞ-ın Səudiyyə Ərəbistanına F-35 qırıcılarının satılmasından narahat olduğu barədə iddiaları təkzib edib. Onun sözlərinə görə, ABŞ İsrailin regiondakı hərbi üstünlüyünü qorumaq öhdəliyinə sadiqdir və mümkün satış Riyadın İran təhlükəsinə qarşı müdafiə qabiliyyətini artırmaq məqsədi daşıya bilər.

Diplomat həmçinin bəyan edib ki, ABŞ Prezidenti Donald Trampın Yaxın Şərqə dair cari siyasəti “çox effektiv” nəticə verir.

O həmçinin deyib ki, İsrailin HƏMAS hücumlarına cavab vermək hüququ var.

Mövzuya görə xəbərlər