Son dəqiqə

NATO Finlandiya Ukrayna Kiyev Brüssel Mark Rutte Aleksandr Stubb

Finlandiya Kiyevə artıq 3,2 milyard avro ayırıb - Rutte

BAKI, TurkicWorld, Abdulvahhab Ələskərov

Finlandiya artıq Kiyevə 3,2 milyard avro ayırıb, bunlardan 2,9 milyard avro silahların alınmasına sərf olunub.

TurkicWorld xarici KİV-ə istinadən xəbər verir ki, bunu NATO-nun baş katibi Mark Rutte Brüsseldə Finlandiya Prezidenti Aleksander Stubb ilə birlikdə keçirdiyi mətbuat konfransında bildirib.

"Finlandiya artıq Ukraynaya 3,2 milyard avro ayırıb, o cümlədən 2,9 milyard avro silahlar, o cümlədən zirehli nəqliyyat vasitələri və sursatların alınmasına xərclənib", – deyə o bildirib.

Öz növbəsində, Stubb Finlandiyanın artıq Kiyevə "30 hərbi yardım paketi" təqdim edib etdiyini xatırladıb və Helsinkinin Ukrayna üçün NATO xətti ilə silahların alınmasında iştirakını davam etdirəcəyini vəd edib.

Mövzuya görə xəbərlər