Son dəqiqə

Fələstin BMT Misir Binyamin Netanyahu Qəzza zolağı humanitar yardım İsrail ordusu HƏMAS Rəfah Humanitar böhran Qəssam Briqadaları qəzza sülh sazişi Yaxın Şərq Sülh Sammiti

İsrail razılaşmaya zidd olaraq Rəfah sərhəd qapısını açmayacaq

BAKI,TurkicWorld

İsrail hökuməti Qəzza ilə bağlı əldə olunan atəşkəs razılaşmasına baxmayaraq, Rəfah sərhəd qapısını açmayacağını açıqlayıb. Qərar, İsrailin Qəzzaya humanitar yardım axınını da məhdudlaşdıracağı anlamına gəlir.

TurkicWorld xəbər veir ki, İsrail tərəfi bu addıma səbəb olaraq Qəzzada saxlanılan bəzi israilli əsirlərin meyitlərinin təhvil verilməməsini göstərib.

Məlumata görə, İsrail Müdafiə Nazirliyi Rəfah qapısının bağlı qalması ilə yanaşı, Qəzzaya daxil olan humanitar yardım karvanlarının sayını da ciddi şəkildə azaldacaq. Bu qərar, BMT və beynəlxalq yardım təşkilatlarının narahatlığına səbəb olub.

Qəzzada humanitar böhranın daha da dərinləşə biləcəyi xəbərdarlığı edilir. Qəzza sakinləri artıq bir neçə aydır ərzaq, yanacaq və tibbi ləvazimat çatışmazlığından əziyyət çəkir.

Qeyd edək ki, Qəzzaya yardımların əsas hissəsi Rəfah keçid məntəqəsindən daxil olurdu. Rəfahın bağlı qalması bölgədə vəziyyəti daha da ağırlaşdıracaq.

Mövzuya görə xəbərlər