Son dəqiqə

SOCAR Rusiya

Rusiya Odessadakı SOCAR-ın neft bazasına hücum edib, yarananlar var

BAKI, TurkicWorld

Avqustun 8-nə keçən gecə Rusiya "Şahed" pilotsuz uçu aparatları ilə Ukraynanın Odessa vilayətində yerləşən SOCAR-ın neft bazasına hücum edib.

TurkicWorld-in məlumatına görə, bu barədə Ukraynadakı hüquq-mühafiə orqanlarındakı mənbələr bildirib.

Məlumata əsasən, hücum nəticəsində yanğın baş verib və dizel yanacağı boru xəttinə ziyan dəyib.

Yanğının qarşısı qısa zamanda alınıb. Hücum nəticəsində dörd əməkdaş ağır yaralanıb və onlara təcili tibbi yardım göstərilib.

Hazırda dəymiş ziyanın həcmi müəyyənləşdirilir. Təcili bərpa işləri aparılır.

Mövzuya görə xəbərlər