Son dəqiqə

Ermənistan

Ermənistanda "Daşnaksütyun" partiyasının üzvlərinin evlərində axtarışlar aparılır

Bakı. TurkicWorld:

Ermənistanın Milli Təhlükəsizlik Xidməti "Daşnaksütyun" partiyasının üzvlərinin evlərində axtarış həyata keçirir.

TurkicWorld Ermənistan KİV-ə istinadən xəbər verir ki, axtarışlar partiya üzvü, parlamentin deputatı Qeqam Manukyan, partiyanın ali orqanının aparat rəhbəri Vaqan Matinyan, “Yeğvard” icması şurasının üzvü, Ermənistan "Daşnaksütyun" Gənclər İttifaqının Mərkəzi İdarəsinin sədri Gevorq Muradyanın evlərində aparılıb.

Əməliyyatın gedişində Qeqam Manukyanın telefonu müsadirə olunub, oğlu Taron Manukyan isə saxlanılıb.

Mövzuya görə xəbərlər