BAKI, TurkicWorld
Hollandiyada ifrat sağçı Azadlıq Partiyasının (PVV) lideri Geert Vilders koalisiya hökumətindən ayrıldığını açıqlayıb.
TurkicWorld xəbər verir ki, səbəb kimi immiqrasiya siyasətləri ilə bağlı tələblərinin yeni koalisiya razılaşmasında əksini tapmamasını göstərib.
Vilders “X” sosial şəbəkəsində yayımladığı paylaşımda “İmmiqrasiya siyasətlərimiz qəbul olunmayıb. Razılaşmada heç bir dəyişiklik yoxdur. PVV koalisiyadan çıxır” - deyə qeyd edib.
AFP agentliyi yazır ki, Vildersin bu addımı onsuz da həssas olan hökuməti sarsıdaraq ölkəni yeni erkən seçkilərlə üz-üzə qoya bilər.
Qeyd edək ki, Geert Vilders 2023-cü ilin noyabrında keçirilən ümumi seçkilərdə gözlənilməz şəkildə qalib gəlmişdi. Onun rəhbərlik etdiyi PVV ölkədə mühacirətə qarşı sərt mövqeyi ilə tanınırdı.






