Son dəqiqə

İmmiqrasiya siyasəti Deportasiya ABŞ administrasiyası Müvəqqəti Qoruma Statusu Livan vətəndaşları Federal Reyestr iş icazəsi Daxili Təhlükəsizlik Departamenti hüquqi status humanitar proqram

ABŞ Livan vətəndaşları üçün Müvəqqəti Qoruma Statusunu noyabra qədər uzadıb

BAKI,TurkicWorld,Yusif Şərifzadə

ABŞ administrasiyası Livandan olan minlərlə vətəndaş üçün Müvəqqəti Qoruma Statusunun müddətini daha altı ay uzadıb.

TurkicWorld xəbər verir ki, qərar Federal Reyestrdə dərc olunan rəsmi bildirişdə əks olunub.

Məlumata görə, hazırda təxminən 11 min Livan vətəndaşı ABŞ-da Müvəqqəti Qoruma Statusu proqramı çərçivəsində yaşayır və işləyir.

Yeni qərara əsasən, həmin şəxslər noyabrın 27-dək ABŞ ərazisində qanuni şəkildə qalmaq və işləmək hüququnu qoruyub saxlayacaqlar.

Qeyd olunur ki, Müvəqqəti Qoruma Statusu proqramı ABŞ Konqresi tərəfindən 1990-cı ildə yaradılıb və müharibə, təbii fəlakətlər və ya digər fövqəladə vəziyyətlərlə üzləşən ölkələrdən gələn şəxslərə müvəqqəti hüquqi müdafiə təmin edir.

Məlumatda həmçinin bildirilir ki, ABŞ Daxili Təhlükəsizlik Departamenti Livanın statusuna yenidən baxılması ilə bağlı prosesin vaxt tələb etdiyini və bu səbəbdən mövcud statusun avtomatik şəkildə uzadıldığını açıqlayıb.

Mövzuya görə xəbərlər