Son dəqiqə

Türkiyə Rusiya Ukrayna Litva Volodimir Zelenski Rusiya Ukrayna müharibəsi Rusiya Ukrayna danışıqları İstanbul üçlü görüş

Ukrayna və Rusiya hərbi əsirlərin azad edilməsinə hazırlaşır

BAKI, TurkicWorld

Rusiya ilə yeni məhbus mübadiləsinə hazırlaşırıq.

TurkicWorld xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenski İstanbulda keçirilən Rusiya-Ukrayna danışıqlarında hərbi əsirlərin mübadiləsi ilə bağlı razılıq əldə olunduğunu açıqlayıb.

Litvanın paytaxtı Vilnüsdə keçirilən Buxarest Doqquzluğu (B9) Zirvə Toplantısından sonra mətbuat konfransında çıxış edən Zelenski “İstanbuldakı danışıqlar yekunlaşıb. Nümayəndə heyətləri Türkiyənin vasitəçiliyi ilə sənəd mübadiləsi aparıblar. Biz yeni məhbus mübadiləsinə hazırlaşırıq”- deyə bildirib.

“Bu gün biz tərəfdaşlarımızla təhlükəsizlik sahəsində əməkdaşlığı gücləndirəcək bir sıra ortaq qərarlar qəbul etdik. Yeni müdafiə paketləri təmin ediləcək və Ukrayna hərbi sənayesinə, xüsusilə pilotsuz uçuş aparatlarının istehsalına yeni sərmayələr yatırılacaq”- deyə o, həmçinin Vilnüsdə aparılan danışıqlardan da söz açaraq bildirib.

Mövzuya görə xəbərlər