Son dəqiqə

Fələstin BMT İsrail Qəzza zolağı humanitar yardım Beynəlxalq humanitar yardım BMT ərzaq yardımı Humanitar yardım layihələri

Qəzzada yardımın paylanması təhlükəsizlik səbəbindən çətinləşib - BMT

BAKI, TurkicWorld

107 humanitar yardım maşını Qəzzaya daxil olub.

TurkicWorld xəbər verir ki, İsrailin Müdafiə Nazirliyi nəzdində fəaliyyət göstərən Fələstin Ərazilərində Hökumət Fəaliyyətlərinin Koordinasiyası Birimi (COGAT) un, ərzaq, dərman və tibbi avadanlıq daşıyan 107 yardım maşınının Qəzza zolağına daxil olduğunu açıqlayıb.

COGAT-ın yaydığı məlumata görə, yardım yükləri İsrail tərəfindən yoxlanıldıqdan sonra Kerem Şalom keçid məntəqəsindən Qəzzaya ötürülüb. Yardım maşınlarında əsasən ərzaq məhsulları, un, tibbi ləvazimat və dərmanlar olub.

Bununla belə, Birləşmiş Millətlər Təşkilatının (BMT) rəsmiləri bildiriblər ki, bölgədə təhlükəsizlik və koordinasiya ilə bağlı çətinliklər səbəbilə yardımın ehtiyac sahiblərinə çatdırılmasında ciddi maneələr mövcuddur. BMT nümayəndələri bu problemlərin yardımın effektiv və təhlükəsiz paylanmasını əngəllədiyini vurğulayıb.

Qeyd edək ki, Qəzza zolağında humanitar vəziyyət son aylarda daha da pisləşib və beynəlxalq təşkilatlar yardım çatdırılmasına dair çağırışlarını artırıblar.

Mövzuya görə xəbərlər