Son dəqiqə

Türkiyə NATO Rusiya Ukrayna İstanbul Mark Rutte Rusiya Ukrayna müharibəsi Rusiya Ukrayna sülh təşəbbüsü İstanbul üçlü görüş

Sülhə mane olan tərəf Putindir - NATO

BAKI, TurkicWorld

Putin İstanbuldakı danışıqlara aşağı səviyyəli nümayəndə heyəti göndərməklə böyük səhv edib/

TurkicWorld xəbər verir ki, NATO-nun baş katibi Mark Rutte Rusiya prezidenti Vladimir Putinin Türkiyənin ev sahibliyi ilə keçirilən Rusiya-Ukrayna sülh danışıqlarına aşağı səviyyəli nümayəndə heyəti göndərməsini “böyük səhv” adlandırıb.

O, bu fikri Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa Siyasi Birliyi Zirvə Toplantısı öncəsi mətbuata açıqlamasında səsləndirib.

“Putin İstanbula aşağı səviyyəli nümayəndə heyəti göndərməklə ciddi səhvə yol verdi. Top onun meydançasındadır. Əgər sülh istədiyini iddia edirsə, indi məsuliyyət daşımalıdır” – deyə Rutte bildirib.

Qeyd edək ki, Rutte Ukraynanın danışıqlarda iştiraka konstruktiv yanaşdığını vurğulayaraq, Kiyevin atəşkəslə bağlı real mövqe sərgilədiyini qeyd edib. “Ukrayna danışıqlara həqiqətən ciddi və hazırlıqlı heyətlə qatılıb”- dey' o bildirib.

Rutte, həmçinin ABŞ-ın rolu ilə bağlı danışaraq, prezident Donald Trampın vəziyyətdən çıxış yolunu tapmağa çalışmasını və liderlik nümayiş etdirməsini “mühüm və faydalı” addım kimi qiymətləndirib.

Mövzuya görə xəbərlər