BAKI, TurkicWorld
İstanbulda keçiriləcək nüvə danışıqları üçün İran rəsmiləri Türkiyəyə səfər edib.
TurkicWorld xəbər verir ki, İranın xarici işlər nazirlərinin müavinləri Məcid Təxt Rəvançi və Kazem Qəribabadi Avropa ölkələrinin yüksək səviyyəli diplomatları ilə nüvə proqramına dair danışıqlar aparmaq üçün İstanbula gəlib.
Görüş İranın İstanbuldakı Baş Konsulluğunda keçiriləcək və əsas diqqət Tehranın nüvə proqramı ətrafında yaranan gərginliklərə yönələcək. Danışıqlarda xüsusilə BMT sanksiyalarının bərpasına səbəb ola biləcək “tətik mexanizmi” mövzusu gündəmdədir.
Qeyd edək ki, mayın 2-də Romada planlaşdırılan ABŞ-İran görüşü təxirə salındığı üçün İstanbul sammiti daha da önəm qazanıb. İran tərəfi, Avropa ölkələrinin mexanizmdən istifadə etməsi halında, gərginliyin artacağı barədə xəbərdarlıq edib.






