Son dəqiqə

Səudi Ərəbistan ABŞ Qətər Donald Tramp BƏƏ Yaxın Şərq Trampın Yaxın Şərq siyasəti

Tramp Qətərə səfər edib

BAKI, TurkicWorld

ABŞ prezidenti Donald Tramp Yaxın Şərq turunun ikinci mərhələsi çərçivəsində Qətərə rəsmi səfər edib.

TurkicWorld xəbər verir ki, Trampı daşıyan prezident təyyarəsi Həməd Beynəlxalq Hava Limanına enib.

ABŞ prezidentini hava limanında Qətər əmiri Şeyx Təmim bin Həməd Al Tani qarşılayıb.

Turun növbəti və son mərhələsində Tramp Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) səfər edəcək.

Qeyd edək ki, bu səfər Trampın ötən ilin yanvarında başladığı ikinci prezidentlik dövrünün ilk xarici səfəridir.

Mövzuya görə xəbərlər