Son dəqiqə

İsrail ABŞ Donald Tramp Qəzza zolağı Benyamin Netanyahu

Qəzzada olan problemi həll etməyə çalışacağıq - Tramp

BAKI, TurkicWorld

ABŞ prezidenti Donald Tramp Qəzzada baş verən insan tələfatına toxunaraq, bu məsələnin həllinə çalışacaqlarını bildirib.

TurkicWorld xəbər verir ki, Tramp bu barədə jurnalistlərə açıqlamasında danışıb.

Prezident, “Qəzzada çox insan ölür və biz bununla bağlı nə edə biləcəyimizi görəcəyik” - deyə qeyd edib.

O, İsrailin baş naziri Benyamin Netanyahunun gələn həftə ABŞ-a səfər edə biləcəyini də vurğulayıb.

Qeyd edək ki, Trampın bu açıqlamaları İsrail ordusunun Qəzza zolağında hərbi əməliyyatlarını gücləndirdiyi bir dövrə təsadüf edir. İsrail ordusunun sözçüsü Avichai Adraee ordunun müharibənin məqsədlərinə çatmaq, girovları geri qaytarmaq və Həmasın hərbi gücünü məhv etmək üçün əməliyyatlarını yeni mərhələyə keçirdiyini bəyan edib.

Məlumata görə, İsrailin Qəzzanın şimal-şərqində yerləşən əl-Tuffah məhəlləsində köçkünlərin sığındığı məktəbə hücumu nəticəsində azı 31 fələstinli həyatını itirib, 100-ə yaxın insan yaralanıb. Fələstin Radiosunun məlumatına əsasən, son hücumlarda ölənlərin sayı 100-ü keçib.

Mövzuya görə xəbərlər