Son dəqiqə

Fələstin Qəzza zolağı humanitar yardım UNRWA

Üç həftədir Qəzzaya humanitar yardım daxil olmur- UNRWA

BAKI, TurkicWorld

UNRWA-nın baş komissarı Filip Lazzarini Qəzzada humanitar yardımın dayanması ilə bağlı ciddi xəbərdarlıq edib.

TurkicWorld AzerVoice-ə istinadən xəbər verir ki, Lazzarini, üç həftədən artıqdır Qəzzaya heç bir humanitar yardımın daxil olmadığını, bunun müharibənin başlanmasından bəri yardımsız qalan ən uzun müddət olduğunu bildirib.

O, bölgədəki vəziyyətin kritik həddə çatdığını vurğulayaraq, valideynlərin övladları üçün yemək, xəstələrin isə dərman tapa bilmədiyini qeyd edib. Lazzarini həmçinin, Qəzzada qiymətlərin həddindən artıq bahalaşdığını və İsrail qüvvələrinin bombardmanı davam etdirdiyini bildirib.

Qeyd edək ki, UNRWA-nın məlumatına görə, ötən həftə müharibənin ən ölümcül günlərindən biri olub və bu müddətdə həyatını itirənlərin yarıdan çoxu qadın və uşaqlardır.

Mövzuya görə xəbərlər