Son dəqiqə

Rusiya Ukrayna Vladimir Putin Donald Tramp

Ukraynada müvəqqəti administrasiya təyin edilə bilər - Putin

BAKI,TurkicWorld

Rusiya Prezidenti Vladimir Putin Ukraynada müvəqqəti administrasiyanın təyin edilməsini təklif edib.

TurkicWorld AzerVoice-ə istinadən xəbər verir ki , Putin Murmansk şəhərindəki limanda çıxışı zamanı Ukrayna ilə sülh danışıqlarının aparılması və demokratik seçkilərin keçirilməsi üçün müvəqqəti administrasiyanın yaradılmasını təklif edib. O, münaqişənin 2014-cü ildə Qərbin dəstəklədiyi çevrilişdən sonra başladığını iddia edib.

Putin bildirib ki, Ukrayna ilə danışıqlar üçün qanuni bir idarənin mövcud olması vacibdir. “Prinsipcə, BMT, ABŞ, Avropa ölkələri və tərəfdaşlarımızın himayəsi altında Ukraynada müvəqqəti administrasiya yaradıla bilər”- deyə o, bu modelin daha əvvəl Yuqoslaviya və Papua-Yeni Qvineyada da tətbiq edildiyini xatırladıb.

Rusiya lideri bu yolla Ukraynada xalqın dəstəyini qazanan hökumətin hakimiyyətə gələ biləcəyini vurğulayaraq, “Beləliklə, demokratik seçkilər yolu ilə xalqın etimadını qazanan etibarlı bir hökumət qurula bilər və daha sonra onlarla sülh sazişi danışıqları aparmaq mümkün olar”. - deyə bildirib.

Qeyd edək ki, Putin ABŞ Prezidenti Donald Trampın münaqişəyə səmimi şəkildə son qoymaq istədiyini də bildirib.

Mövzuya görə xəbərlər