Son dəqiqə

Çin ABŞ Rusiya Donald Tramp

Tramp Çin-Rusiya yaxınlaşmasını istəmir

BAKI, TurkicWorld

ABŞ prezidenti Donald Tramp Moskva ilə münasibətlərin inkişaf etdirilməsinin vacib olduğunu bildirib.

TurkicWorld AzerVoice-ə istinadən xəbər verir ki, Tramp rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığından sonra verdiyi müsahibəsində Rusiya ilə yaxşı əlaqələr qurmaq istədiklərini qeyd edib.

O, telefon danışığı zamanı Ukraynaya yardımı müzakirə etmədiklərini vurğulayıb.

Tramp, ABŞ-ın Rusiya ilə müəyyən dərəcədə ticarət etmək niyyətində olduğunu və Vaşinqtonun Çin və Rusiya ilə dostluq münasibətlərini davam etdirmək istədiyini bildirib. O, Pekinlə də yaxşı əlaqələrə üstünlük verdiyini və Çin lideri Si Cinpinin də ABŞ ilə münasibətləri inkişaf etdirmək istədiyini vurğulayıb.

Qeyd edək ki, Tramp administrasiyası dövründə ABŞ-ın xarici siyasəti Çin və Rusiya arasındakı strateji tərəfdaşlığı zəiflətməyə yönəlib.

Mövzuya görə xəbərlər