Son dəqiqə

Rusiya Bakı

Rusiyanın bu aeroportları uçuşları bərpa edib

Bakı, TurkicWorld

Rusiyanın Volqoqrad və Kaluqa şəhər hava limanlarında təyyarələrin uçuşu və qəbuluna qoyulmuş məhdudiyyətlər aradan qaldırılıb.

TurkicWorld xəbər verir ki, bu barədə rus KİV-ləri məlumat yayıb.

Məlumata görə, Volqoqradın hava limanı fəaliyyətini Bakı vaxtı ilə 07:00-dan, Kaluqa isə 07:25-dən etibarən bərpa edib.

Qeyd edək ki, bundan əvvəl adıçəkilən şəhər aeroportlarında tətbiq olunmuş qadağa uçuş təhlükəsizliyinin təmin olunması məqsədilə elan edilmişdi.

Mövzuya görə xəbərlər