Son dəqiqə

Hindistan təbii fəlakət

Hindistanda qar uçqununda 50-dən çox insan xəsarət alıb

BAKI, TurkicWorld

Hindistanın Uttarxand əyalətində baş verən qar uçqunu nəticəsində 57 nəfər uçqun altında qalıb, onlardan 16-sı xilas edilib, digər 41 nəfərə çatmaq üçün isə axtarış-xilasetmə işləri davam edir.

TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, Hindustan Times xəbər verir ki, hadisə əyalətin şimal hissəsində, Çinin Tibet Muxtar Bölgəsi ilə sərhəddə baş verib.

Səlahiyyətlilər bildiriblər ki, zərərçəkmiş əraziyə giriş çətin olduğu üçün və hava şəraitinin əlverişsizliyi səbəbindən xilasetmə əməliyyatı ləngiyir.

Xilasetmə qrupları, itkin düşənləri tapmaq üçün həm havadan, həm də yerüstü axtarış işlərini davam etdirir.

Mövzuya görə xəbərlər