Son dəqiqə

Rusiya WhatsApp

Moskva məhkəməsindən WhatsApp-a cərimə

Bakı, TurkicWorld

Rusiyanın məhkəmə orqanları WhatsApp messencerini ölkədə istifadəçi məlumatlarını lokallaşdırmadığı üçün 17 milyon rubl (təxminən 195 min dollar) məbləğində cərimələyib.

TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki , Moskvada keçirilən məhkəmə iclasında WhatsApp-ın Rusiyada istifadəçi məlumatlarını yerli serverlərdə saxlamadığı və bununla da qanunu pozduğu müəyyən edilib. Qərara əsasən, şirkət müəyyən edilmiş məbləği ödəməyə məcbur edilib.

Qeyd edək ki, bənzər hallarla üzləşən tətbiq təkcə WhatsApp deyil. Ölkədə Spotify və LinkedIn kimi digər xarici platformalar da məlumat lokallaşdırma qaydalarına əməl etmədiklərinə görə cərimələniblər.

Rusiyada qüvvədə olan qanunvericiliyə görə, ölkə ərazisində fəaliyyət göstərən xarici şirkətlər rusiyalı istifadəçilərin məlumatlarını ölkə daxilindəki serverlərdə saxlamalıdır. Hökumət bu tələbi yerinə yetirməyən platformalara qarşı sərt tədbirlər görməyə davam edir.

Mövzuya görə xəbərlər