Son dəqiqə

ABŞ Ukrayna Avropa Parlamenti

Avropa Parlamenti Ukraynaya dəstəyi ikiqat artırmağa çağırır

Bakı, TurkicWorld

Avropa Parlamentində (AP) çoxluq təşkil edən siyasi qruplar – Avropa Xalq Partiyası (Xristian Demokratlar), Sosialistlər, Liberallar və Yaşıllar – ABŞ və Rusiya arasında Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən danışıqlardan sonra Ukraynaya dəstəyin artırılmasını tələb edən ortaq bəyanat yayıblar.

TurkicWorld xəbər verir ki, bəyanatda vurğulanır ki, Avropa öz ortaq dəyərlərini və maraqlarını müdafiə etmək üçün ABŞ-a tam etibar edə bilməz.

Bu, xüsusilə Ukraynanın suverenliyi və ərazi bütövlüyünə dəstək məsələsinə aiddir.

"Biz bu yeni reallıqla üzləşməliyik. Avropanın və Ukraynanın təhlükəsizliyinə dəstəyimizi ikiqat artırmalı və hər hansı təcavüzə qarşı qətiyyətlə dayanmalıyıq." – deyə bəyanatda deyilir.

Avropa İttifaqının (Aİ) Ukraynanın mümkün olan ən güclü hərbi mövqedə olmasını təmin etməli olduğuna diqqət çəkən bəyanatda, "Ukrayna və Aİ danışıqlarda iştirak etmədən Ukrayna ilə bağlı heç bir müzakirə aparıla bilməz.Həmçinin, Avropanın təhlükəsizliyi ilə bağlı Avropa İttifaqı olmadan heç bir qərar qəbul edilməməlidir." - deyə bildirilib.

Aİ və üzv ölkələrinə çağırış edilərək, NATO və Avropa ölkələri ilə birlikdə daha effektiv müdafiə və təhlükəsizlik investisiyaları etmələri tələb olunub.

Bu çağırış, Ər-Riyaddakı ABŞ-Rusiya görüşündən sonra Ukraynanın beynəlxalq siyasi gündəmdə kənarda qala biləcəyi ilə bağlı narahatlıqların artması fonunda edilir.

Mövzuya görə xəbərlər