Bakı, TurkicWorld
Vatikanın verdiyi məlumata görə, 88 yaşlı Papa Fransiskin səhhəti mürəkkəb olaraq qalır və o, Romadakı Gemelli Xəstəxanasında müalicəsini davam etdirir.
TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, son analizlər tənəffüs yollarında polimikrob infeksiyasını göstərib, bu da müalicə planında dəyişikliklər edilməsini tələb edib.
Hazırda Papanın vəziyyəti stabil olsa da, xəstəxanada qalma müddəti uzadılıb və onun nə vaxt evə buraxılacağı hələ məlum deyil.
Bazar ertəsi, fevralın 19-da keçirilməsi planlaşdırılan ümumi qəbul sessiyası da ləğv edilib.
Xəstəxanada olduğu müddətdə Papa Fransisk işlərini davam etdirir, mətnləri oxuyur və dualarını edir. O, aldığı çoxsaylı dəstək mesajlarından dərin təsirləndiyini bildirib.