Bakı, TurkicWorld
Qəzzadaki razılaşmanın tam şəkildə həyata keçirilməsini gözləyirik.
TurkicWorld xəbər verir ki, bu sözləri ABŞ prezidenti Co Bayden deyib.
Bayden bu razılaşma üçün uzun müddət çalışdıqlarını və nəhayət bu razılaşmanın əldə olunmasından çox məmnun olduqlarını vurğulayıb.
Bayden, Qəzzada atəşkəs razılaşmasının may ayında təqdim etdiyi layihə ilə demək olar ki, eyni olduğunu qeyd edib.
Məlumat üçün bildirək ki, Bayden vəzifəsinin son günündə səfər etdiyi Cənubi Karolinada mətbuat konfransı keçirib.