Yəmən

Yəmən Prezident Şurası korrupsiyaya qarşı müharibəyə başlayıb

Bakı, TurkicWorld

Yəmənin Prezident Şurası dövlət qurumlarında geniş yayılmış korrupsiya, çirkli pulların yuyulması və terrorizmin maliyyələşdirilməsinə qarşı əlaqələndirilmiş mübarizə tədbirlərinə başlayıb.

TurkicWorld xəbər verir ki, Yəmən dövlət mediasının məlumatına görə, Prezident Şurasının sədri Rəşad əl-Aliminin tövsiyələrinə əsasən, korrupsiya ilə bağlı istintaq prosedurları tamamlanmalı və işlər ədliyyə orqanlarına göndərilməlidir.

Korrupsiyaya qarışan şəxslərin ölkə daxilində və xaricdə İnterpol vasitəsilə təqib edilməsinə dair təcili göstərişlər verilib.

Bu arada, BMT-nin Yəmən üzrə xüsusi nümayəndəsi Hans Qrundberq 18 aydan sonra Sənaya qayıdıb. O, paytaxta səfəri zamanı husiləri sülhə çağırıb və BMT əməkdaşlarının, eləcə də humanitar yardımların azad olunmasını tələb edib.

Qrundberqin səfəri, husilərin Danışıq Komitəsinin sədri və sözçüsü Məhəmməd Əbdüs Salam ilə Oman paytaxtı Maskatda keçirilən danışıqların başa çatmasından sonra gerçəkləşib.

Mövzuya görə xəbərlər