Son dəqiqə

zəlzələ Nepal

Himalay dağlarında güclü zəlzələ baş verib

Bakı, TurkicWorld

Nepalın paytaxtı Katmanduda bu səhər 7,1 bal gücündə zəlzələ hiss edilib.

TurkicWorld xəbər verir ki, ABŞ Geoloji Xidməti (USGS) zəlzələnin episentrinin Nepalın Tibetlə sərhədindəki Lopuş şəhərindən 93 kilometr aralıda olduğunu bildirib.

Fransanın AFP agentliyinin məlumatına görə, güclü təkanlar Everest dağı yaxınlığındakı ucqar ərazilərdə baş verib və Katmanduda binaların silkələnməsinə səbəb olub.

Çin Mərkəzi Televiziyası (CCTV) isə Tibetin Şiqatse şəhərində 6,9 bal gücündə zəlzələ baş verdiyini və zəlzələnin 10 kilometr dərinlikdə qeydə alındığını açıqlayıb.

Mövzuya görə xəbərlər