Bakı, TurkicWorld
Nyu-Yorkun Bronks bölgəsində naməlum pilotsuz təyyarələr aşkarlanıb.
TurkicWorld xəbər verir ki, bu barədə cümə axşamı New York Post qəzeti məlumat yayıb.
Son həftələrdə Nyu-Cersi səmasında dəfələrlə sirli pilotsuz təyyarələr görüldükdən sonra, senator Con Bramniki orada fövqəladə vəziyyət elan etməyə çağırıb.
Dekabrın 12-də Nyu Yorkda pilotsuz təyyarələrin aşkarlanması nəticəsində şəhər sakinləri təcili yardım xidmətlərinə zənglər ediblər. The New York Post polis mənbələrinə istinadən bildirir ki, lakin dronlar tezliklə "mistik şəkildə" yoxa çıxıb və onların buraxılış və eniş yerlərini müəyyən etmək mümkün olmayıb.