Son dəqiqə

ABŞ Ukrayna Nyu-York Donald Tramp Zohran Mamdani

Tramp Zelenskinin nizamlanma planına razılıq verəcəyinə ümid edir

BAKI, TurkicWorld, Abdulvahhab Ələskərov

ABŞ prezidenti Donald Tramp Ukraynadakı münaqişəyə son qoymaq planını "sülhə gedən yol" kimi gördüyünü bildirib.

TurkicWorld-un məlumatına görə, bu barədə ABŞ prezidenti Nyu-Yorkun yeni seçilən meri Zohran Mamdani ilə görüşü zamanı deyib.

O bildirib ki, Ukrayna prezidenti Volodimir Zelenski döyüşlərin bitməsini istəyirsə, bunu qəbul etməli olacaq.

"Bizdə sülh yolunun olduğunu düşünürük, amma Zelenski buna razılıq verməli olacaq", - deyə D.Tramp bildirib.

Eyni zamanda, Tramp vurğulayıb ki, Ukrayna prezidenti planı indi tam bəyənməsə belə, onu qəbul etməli olacaq.

Mövzuya görə xəbərlər