Bakı, TurkicWorld
Əfqanıstanda "Taliban" hökumətinin qaçqınlar üzrə naziri Xəlil ur-Rəhman Haqqani terror aktı nəticəsində həlak olub.
TurkicWorld xəbər verir ki, bu barədə "Əfqanıstan İslam Əmirliyi"nin (Taliban tərəfindən dövlət üçün istifadə edilən ad) "X" platformasında qeyd olunub.
"Əfqanıstan İslam Əmirliyinin qaçqınlar üzrə naziri Xəlil ur-Rəhman Haqqaninin bu gün terrorçu-kamikadze tərəfindən törədilən partlayış nəticəsində həlak olduğu təsdiqlənir", – bəyanatda vurğulanıb.
Hücum nazirin Kabulda öz ofisinin yaxınlığında yerləşən məsciddən çıxdığı anda həyata keçirilib.