Son dəqiqə

İran Suriya Bəşər Əsəd

Artıq Suriyada İran əsgərləri yoxdur - İran rəsmisi

Bakı,TurkicWorld

İran İnqilab Keşikçiləri Ordusunun komandanı Hüseyn Səlami Əsəd rejiminin süqutundan sonra Suriyada heç bir silahlı İran varlığının olmadığını bildirib.

TurkicWorld xəbər verir ki, Səlami İran parlamentində Suriyadakı son hadisələr və İranın izləyəcəyi hərbi strategiyanın müzakirə edildiyi qapalı iclasda çıxış edib.

Səlami İranın hərbi müşavirləri və qüvvələrinin Əsəd rejiminin süqutuna qədər Suriyada olduğunu bildirsə də, hazırda İranın Suriyada heç bir hərbi varlığının olmadığını vurğulayıb.

Görüşdə bölgədəki hərbi strategiyalar, İsrailin əməliyyatları və İranın İsrailə qarşı əməliyyatları müzakirə edilib.

Bundan əlavə, bölgənin təhlükəsizlik və kəşfiyyat vəziyyəti də ətraflı qiymətləndirilib.

Qeyd edək ki, 8 dekabr səhər saatlarında Silahlı müxalifət Əsəd hakimiyyətinə son qoyub.

İranın uzun illər “Şiə Ayparasının” ayrılmaz hissəsi hesab etdiyi Suriyada 54 illik ailə hakimiyətinə son qoyuldu və Dəməşq silahlı müxaliflərin nəzarətinə keçdi.Silahlı fraksiyalar Dəməşqə daxil olduqlarını elan etdikdən qısa müddət sonra Suriya ordusu komandanlığı rejimin süqutu barədə zabitləri məlumatlandırıb, Suriya ordusunun iki yüksək rütbəli zabiti isə Əsədin ölkəni tərk etdiyini açıqlayıb. Onun Rusiyada, İranda və hətta BƏƏ-də olduğu ehtimalı da var.

Şahidlərin bildirdiyinə görə, minlərlə suriyalı piyada Dəməşqin əsas meydanına toplaşaraq azadlıq şüarları səsləndiriblər.

Mövzuya görə xəbərlər