Bakı. TurkicWorld
Seçkilərdə populyarlığının yenidən azaldığını görən İsrailin baş naziri Benyamin Netanyahu ölkədə icra strukturlarında – polisdə, orduda və məhkəmədə yüksək vəzifəli məmurlara hücum edib. Netanyahu, onları açıq şəkildə hakimiyyətinə qarşı çevriliş etməkdə ittiham edir.
Bu haqda TurkicWorld Arab.AZ-a istinadən xəbər verir.
Məhkəmənin onun cinayət işində ifadə verməsini təxirə salmaq tələbini rədd etməsi barədə qərarını şərh edən Netanyahu bildirib ki, ona qarşı mövqelərdə müxtəlif yüksək qurumlar arasında uyğunsuzluq var. Buna baxmayaraq o qeyd edib ki, məhkəmədən yayınmır.
“Bəziləri hökumətləri, nazirləri və digər seçkili məmurları alçaldmağa öyrəşiblər və bu gün qarşılarında güclü baş nazir olduğunu görəndə buna dözə bilmirlər, sərt və vəhşicəsinə hərəkət edirlər”-deyə Qəzzada minlərlə insanın ölümündə əli olan Netanyahu bildirib.