Bakı, TurkicWorld
İsrail Yayım Təşkilatı, Baş nazir Benyamin Netanyahu və müdafiə naziri İsrael Katzın İsrail Baş Qərargah rəisi Herzi Halevinin HƏMAS-ın qarşısını ala bilmədiyi üçün Livanda atəşkəs razılaşmasındakı keçid dövrünün sonuna qədər istefa verməsini istədiklərini bildirib.
TurkicWorld ArabAZ-a istinadən xəbər verir ki,“Times of Israel” saytının məlumatına görə, İsrail Yayım Təşkilatı diplomatik və təhlükəsizlik mənbələrinə və hökumət nazirlərinə istinadən bildirib ki, Halevinin yerinə baş qərargah rəisi vəzifəsinə namizədlərin siyahısına aşağıdakılar daxildir:
Müdafiə Nazirliyinin baş direktoru Eyal Zamir, İsrail Ordusu Baş Qərargah rəisinin müavini Əmir Baram, Baş Qərargahın Strategiya İdarəsinin rəisi,İsrail Ordusunun Şimal Komandanlığının komandanı Uri Qordon.
Livanda atəşkəs razılaşmasına 60 günlük keçid dövrü daxildir və bu müddət ərzində İsrail ordusu qüvvələri geri çəkiləcək, Livan ordusu isə İsraillə sərhəddə yerləşən 33 nöqtə də daxil olmaqla, Litani çayının cənubunda 5000-ə yaxın əsgər yerləşdirəcək.