Bakı, TurkicWorld
Cənubi Koreyada konstitusiya nizamını qorumaq və Şimali Koreyayönlü qüvvələri məhv etmək məqsədilə hərbi vəziyyət elan edilib.
TurkicWorld xəbər verir ki, Cənubi Koreya Prezidenti Yoon Suk Yeol, bu qərarı dövlətin təhlükəsizliyini təmin etmək və Şimali Koreya ilə bağlı ünsürlərin idarəetmədən uzaqlaşdırılması üçün vacib hesab edib.
Qərarın elanından sonra ölkənin əsas müxalifəti olan Demokrat Partiyası təcili toplantı çağıraraq deputatlarını parlamentə dəvət edib. Hazırda vəziyyətin gedişatı ilə bağlı Cənubi Koreyada siyasi və ictimai mühit gərgin olaraq qalır.