Bakı, TurkicWorld
29-30 oktyabr tarixlərində Tbilisidə baş tutan etiraz aksiyaları zamanı 107 nəfər saxlanılıb.
TurkicWorld-in Tbilisidəki müxbirinin verdiyi məlumata görə, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi (DİN) rəsmi açıqlama yayıb.
Nazirliyin məlumatına əsasən, etirazçılar paytaxtın Rustaveli prospektində keçirilən aksiyada ictimai asayişi pozaraq, hüquq-mühafizə orqanlarının əməkdaşlarına müxtəlif əşyalar – daş, pirotexniki vasitələr, şüşə butulkalar və metal əşyalar atıblar.
Hadisələr nəticəsində 10 polis əməkdaşı müxtəlif dərəcəli bədən xəsarətləri alıb. DİN zorakılıq aktlarına və ictimai qaydanı pozanlara qarşı qanunvericiliyə uyğun tədbirlərin görüləcəyini bəyan edib.