Son dəqiqə

Fələstin BMT Qəzza

Bir həftədə Qəzzada 400-ə yaxın fələstinli ölüb - BMT

Bakı,TurkicWorld

İsrailin hücumları nəticəsində Qəzzada bir həftə ərzində təxminən 400 fələstinlinin həyatını itirib, 1500 nəfər isə yaralanıb.

TurkicWorld xəbər verir ki, bu sözləri Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibinin humanitar məsələlər üzrə müavini Coys Msuya deyib.

Yaxın Şərqdəki hadisələrin gündəmə gətirildiyi BMT Təhlükəsizlik Şurasında BMT baş katibinin müavini Msuya Qəzzada humanitar vəziyyətlə bağlı məlumat verib.

"Qəzzada insanlara verilən əziyyətin səviyyəsi bizim sözlə ifadə etmək və ya onun dərəcəsini anlamaq qabiliyyətimizi aşır. Dünya Əl-Əqsa xəstəxanasının yaxınlığında sığınan xəstələrin və köçkünlərin diri-diri yandırıldığını gördü",- deyə o bildirib.

Msuya bildirib ki, İsrailin Qəzzaya göndərilən qida və əsas ehtiyacları daşıyan avtomobillərə sərt məhdudiyyətlər tətbiq etməsi bölgədəki humanitar vəziyyəti daha da pisləşdirib.

Mövzuya görə xəbərlər