Bakı,TurkicWorld
Məşhur video proqramı TikTok, uşaqların virtual valyuta vasitəsilə maliyyə istismarına səbəb olduğu iddiası ilə məhkəməyə verilib.
TurkicWorld xəbər verir ki, Vaşinqtonda baş prokuror Brian Schwalb-ın rəhbərlik etdiyi məhkəmə iddiası TikTok-un qeyri-qanuni rəqəmsal valyuta sistemi işlətdiyini iddia edib.
İddiaya görə, TikTok-un "TikTok Coin" adlanan virtual valyutası uşaqları real pul xərcləməyə sövq etməklə, maddi zərər riski yaradır.
13 ştatın baş prokurorları, TikTok-un lisenziyasız maliyyə əməliyyatları apardığını və pul köçürmə qanunlarını pozduğunu bildiriblər. İddia olunur ki, TikTok rəqəmsal hədiyyələr almaq üçün istifadə edilən virtual sikkələri real pulla satır və bu əməliyyatlardan 20-50% arasında komissiya alır.
Bundan əlavə, iddia TikTok-un qeyri-adekvat yaş yoxlama sistemləri ilə uşaqları maliyyə istismarına qarşı həssas buraxdığını vurğulayır.
TikTok bu ittihamları rədd edərək bəzi iddiaların yanlış və əsassız olduğunu bildirib
Qeyd edək ki, TikTok, eyni zamanda, tətbiqin uşaqlar üçün "həddindən artıq asılılıq" yaratdığı səbəbi ilə 13 əyalət tərəfindən açılan başqa bir iddia ilə də üzləşib.