Bakı, TurkicWorld
Nepalda Dhaulagiri dağında dırmanış zamanı 5 rusiyalı alpinist həlak olub.
TurkicWorld bu barədə "The Himalayan Times" qəzetinə istinadən xəbər verir.
Məlumata görə, həlak olanların adları bunlardır: Aleksandr Duşeyko, Oleq Kruqlov, Vladimir Çistikov, Mixail Nosenko və Dmitri Şpilevoy.
"Ekspedisiya 2 gün əvvəl, oktyabrın 6-da, 06:00-da hündürlükdəki dağ düşərgəsindən yola çıxıb. Onlarla sonuncu dəfə 11:00-da əlaqə saxlamaq mümkün olub, daha sonra əlaqə kəsilib. Meyitləri 7,1 kilometr yüksəklikdə tapılıb. Onların 7,6 kilometr hündürlükdən yıxıldığı ehtimal olunur", - məlumatda qeyd olunub.