Bakı, TurkicWorld
İranın birinci vitse-prezidenti Məhəmməd Rza Arif bu gün İrəvana gedib.
Bu barədə TurkicWorld İranın birinci vitse-prezidentinin informasiya portalına istinadən məlumat verib.
Məlumata görə, İranın birinci vitse-prezidenti Avrasiya İqtisadi İttifaqına üzv dövlətlərin rəhbərlərinin iclasında iştirak edəcək.
İran rəsmisi 1 günlük səfər çərçivəsində iclasda iştirak edən dövlətlərin nümayəndələri ilə görüşlər keçirəcək.