Bakı. TurkicWorld
Qəzzaya 5 yük maşını dərman və tibbi ləvazimat göndərilib.
TurkicWorld xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat verib.
Məlumatda, yük maşınlarının sentyabrın 18-də nazirliyin Nablusdakı mərkəzi anbarından yola düşərək Qəzzaya çatdığı bildirilib.
Səhiyyə naziri Məcid Əbu Ramazan Qəzza zolağına hücumlar başlayandan bəri ilk dəfə Qəzzaya dərman göndərə bildiklərini bildirib.
Yaxın günlərdə daha 5 TIR göndəriləcəyini qeyd edən Əbu Ramazan, yaralıların və xəstələrin təcili tibbi ehtiyaclarını qarşılamaq üçün Qəzzadakı xəstəxanalara dərman və tibbi ləvazimatların paylanacağını qeyd edib.
Bildirilib ki, ləvazimatlar içərisində, təcili tibbi yardım və əməliyyat otaqlarında istifadə olunacaq dərmanlar, antibiotiklər, dializ materialları və digər resurslar var.