Bakı, TurkicWorld
Bu gündən sentyabrın 23-dək Milan şəhərində ənənəvi Moda Həftəsi keçiriləcək.
TurkicWorld - in məlumatına görə, bu ilki moda həftəsi çərçivəsində ümumilikdə 173 müxtəlif məzmunlu görüş, 57 fiziki və 8 rəqəmsal moda nümayişi, 75 təqdimat və 33 tədbirin keçirilməsi planlaşdırılır. Lüks brendlər yeni kolleksiyalarını təqdim edəcəklər.
İlk gün "Palazzo Giureconsulti"də açılış mərasimi olacaq. Sentyabrın 22-də isə "Fashion Awards 2024" tədbiri keçiriləcək və "La Scala" teatrında mükafatların təqdimetmə mərasimi baş tutacaq.
Milanın meri Cüzeppe Sala bildirib ki, "Milan Moda Həftəsinin hər buraxılışı şəhərimizlə moda dünyası arasında əlaqəni yeni ruh yüksəkliyi ilə gücləndirir."