Son dəqiqə

İsrail Qəzza zolağı

İsrailin Qəzza zolağına hücumu azı 20 nəfərin həyatına son qoyub

Bakı, TurkicWorld

İsrail ordusunun son 24 saat ərzində endirdiyi zərbələr nəticəsində Qəzza zolağında azı 20 nəfər həlak olub.

TurkicWorld xəbər verir ki, bu barədə Fələstin anklavının Səhiyyə Nazirliyi məlumat yayıb. Nazirlik İsrailin hücumları zamanı ən azı 76 fələstinlinin yaralandığını bildirib.

Qəzza Səhiyyə Nazirliyi həmçinin Fələstin-İsrail münaqişəsinin 2023-cü ilin oktyabrında kəskinləşməsindən bəri anklavda ölənlərin ümumi sayının 41 226 nəfərə yüksəldiyini bildirib. Daha 95 413 nəfər yaralanıb.

Mövzuya görə xəbərlər