Bakı, TurkicWorld
İsveçrənin Alp dağlarında 2000 illik qədim Roma hərbi düşərgəsi aşkar edilib.
TurkicWorld xəbər verir ki, bu barədə İsveçrənin şərqindəki Grisons Kantonu açıqlama verib.
Arxeoloqlar İsveçrənin şərqindəki Alp dağlarında, 2021-ci ildən bəri Qədim Roma dövrü ilə bağlı , xüsusilə Romanın Suanetes qəbiləsi ilə döyüş sahəsini araşdırmağa fokuslanmışdılar. Nəticədə, 2022-ci ildə bir könüllü, dəniz səviyyəsindən 2220 metr hündürlükdə yerləşən, əvvəllər məlum olmayan bir hərbi düşərgə aşkar edib.
Grisons Kantonu bu kəşfi açıqlayaraq, döyüş meydanından təxminən 900 metr yüksəklikdə müşahidə düşərgəsi ola biləcək bir sahə aşkar etdiklərini bildirib.
Qruplar LiDAR texnologiyasından istifadə edərək ərazini hərtərəfli araşdırıb və düşərgənin strateji əhəmiyyətə malik olduğunu müəyyən ediblər. Düşərgənin ətrafdakı vadiləri izləmək üçün istifadə edildiyi düşünülür. Tədqiqatçılar hərbi düşərgənin üç səngər və divarla möhkəmləndirildiyini müəyyən ediblər.
Qazıntılar zamanı həmçinin Roma ordusuna aid ox ucları və ayaqqabı mismarları tapılıb. Güllələrin üzərində Romanın Üçüncü Legionunun nişanları olub, bu da düşərgənin tanınan döyüş sahəsi ilə əlaqəli olduğunu göstərir.